19 Dekabr 2014 17:42
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Arzu Mollayeva, İdrak Qafarov, Rəsul Bayramov, Tural Qafarov, Ariz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Arzu Mollayeva 8 il 9 ay, İdrak Qafarov 8 il 6 ay, Rəsul Bayramov 8 il, Tural Qafarov 8 il, Ariz Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bu ilin mayın 5-də Məmmədəli Hüseynova məxsus “Hyundai” markalı avtomobildən 47000 manat pul oğurlanıb. Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ariz Ağayev, Tural Qafarov, Rəsul Bayramov, İdrak Qafarov və Arzu Mollayeva tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər