Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1929-cü il təvəllüdlü Buqriyeva Lidiya Aleksandrovna bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən L. Buqriyevanın meyitini çarpayıda aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:51-də başa çatıb.