Bu gün Bakı Apelasiya Məhkəməsində “Nida” vətəndaş hərəkatının üzvü, Ömər Məmmədovun cinayət işi üzrə apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, prosesdə Ömər Məmmədovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ömər Məmmədov şikayəti təmin olunmayıb.
Qeyd edək ki, bu il yanvarın 30-da Ömər Məmmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi hökmü ilə Ömər Məmmədov 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hacı Zeynalov