23 Fevral 2023 13:29
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını və qızını öldürməyə cəhd edən 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 10-na təyin olunub.

İttihama görə, ötən ilin oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində Vüqar Nemətov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirib, daha sonra 7 yaşlı qızına da ağır xəsarət yetirib.

Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb.

Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlıya tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Nəmətovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər