12 May 2023 00:55
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.

Teleqraf.com xəbər verir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com