Bakının Nəsimi rayonunda əyləncə mərkəzində soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Emin Cəfərov tutulub.
O, yanvarın 2-də saat 01:30 radələrində, M.Qardaşları küçəsində yerləşən əyləncə mərkəzində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Teymur Musayevə qarşı soyğunçuluq törətməklə mobil telefonunu və 304 manat pulunu talamaqda şübhəli bilinir.
Hacı Zeynalov