Daxili İşlər Nazirliyi baş verən ağır yol nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yol qəzalarından biri Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Rayon sakini Elsevər İbrahimovun və Yevlax rayon sakini Cümşüd Xəlilovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. C.Xəlilovun sərnişini Sərvan Eyvazov hadisə yerində ölüb, özü və E.İbrahimov xəstəxanaya yerləşdirilib.
Daha bir ağır yol qəzası Quba rayonunun Qam-Qam kəndində qeydə alınıb. Rayon sakini Emin Nəzirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi Vasif Tahirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Oxşar hadisə Biləsuvar rayonunun Əsgərabad kəndində də qeydə alınıb. Mahir Nəhmədovun idarə etdiyi “Volkswagen” və Yardımlı rayon sakini Elçin Hamıyevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub, nəticədə M.Nəhmədov hadisə yerində ölüb.
Hacı Zeynalov