5 Yanvar 2015 13:09
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində spirtli içkidən ölüm hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 2-də qeydə alınıb. Sumqayıt şəhərində yaşayan İnqilab Şükürov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, yanvarın 3-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər