5 Yanvar 2015 14:16
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini Ziya Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü və sərnişini - Masallı rayon sakini Ayxan Mahmudlu hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: