6 Yanvar 2015 14:12
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Donanma Qüvvələrinin gəmiləri planlı birgə təlimlər keçirəcəklər.

Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi İqor Qorbul məlumat verib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin üçtərəfli təlimləri ilk dəfə olacaq və 2015-ci il iyun-iyul aylarında Xəzər dənizinin orta hissəsində keçiriləcək.

Rusiya təlimlərdə üç yeni gəmi ilə təmsil olunacaq: “Mahaçqala” kiçik artilleriya gəmisi,“Qrad Sviyajsk” və “Uqliç”kiçik raket gəmiləri.

Birgə təlimlər zamanı üç ölkənin gəmiləri dəniz kommunikasiyası və rayonlarının müdafiəsi üzrə tapşırıqları yerinə yetirəcək, birgə üzmə və manevretmə elementərini məşq edəcək, dəniz, hava və sahil hədəflərinə artilleriya zərbəsi endirməklə tək və birgə hərbi tapşırıqları yerinə yetirəcəklər.

Hərbi tapşırıqlarla yanaşı gəmilərin ekipajları axtarış-xilasetmə təminatı, qəzaya uğrayan gəmiyə yardım göstərilməsi üzrə təlimlər keçirəcəklər.

Samir


Müəllif:

Oxşar xəbərlər