Bu gün Bakı Apelyasiya Məhkəməsində “Unibank” KB ASC-nin Nərimanov rayon filialının sabiq əməkdaşı Sahib Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sahib Ağayevin apelyasiya şikayəti təmin edilib. Sahib Ağayevin barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.
Məhkəmə Sahib Ağayevə bəraət verib. Həbsdə olan Sahib Ağayev məhkəmə zalıdan azadlığa buraxılıb.
Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov