16 Yanvar 2015 12:42
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yaşayış evlərindən birinə basqın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Ağdam rayon sakini Anar Məmmədova məxsus tikintisi başa çatmamış evin həyətinə girmiş naməlum şəxs oranın gözətçisi Azər Məmmədova zor tətbiq edərək mobil telefonunu alıb.

Hadisəni törətmiş Beyləqan rayon sakini, əvvəllər məhkum olmuş Pərviz Cəfərov Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində tədbir görülməsi üçün 4-cü polis bölməsinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər