Bakının Nərimanov rayonunda xüsusi əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub. Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əskinas da aşkar edilərək götürülüb.
Hacı Zeynalov