5 Noyabr 2023 00:29
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Romal Bəyəlizadə Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib. O, ifadəsində törətdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Romal Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər