Bakının Xəzər rayonunda qadının evinə basqın edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Aynurə Rüstəmovanın 485 manatını və mobil telefonunu quldurluq yolu ilə almış qrupun digər üzvləri - Bakı şəhər sakinləri Fariz Babaşov və Yəhya Məmmədli Yevlax rayonu ərazisində tutulublar.
Qeyd edək ki, bundan əvvəl keçirilən əməliyyat nəticəsində dəstənin üzvləri - Bakı şəhər sakinləri Əsgər Əsgərov və Hatəm Bağırov tutulublar. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova polisə yazdığı ərizədə bildirib ki, yanvarın 14-də, saat 20:00 radələrində yaşadığı Voxr küçəsi, ev 34-ə 4 nəfər maskalı şəxs hücum edərək, ona bıçaqla hədə qorxu gəlib, 480 manat pulunu, “Samsung Galaxy” markalı mobil telefonunu və əl çantasında olan 5 manat pulu götürüblər.
Hacı Zeynalov