Bakıda mənzili yandıraraq əmlakı məhv etmədə təqsirləndirilən Anar Qasımov, bu cinayəti sifariş etməkdə təqsirləndirilən sabiq Dövlət Təhlükəsizlik Xidmətdə sürücü olmuş Fariz Yunisovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə görə, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından hər iki şəxsə bəraət verilib.
Qeyd edək ki, Xətai rayonu, NZS qəsəbəsində mənzil yanıb. Zərərçəkən şəxs hüquq mühafizə orqanlarına müraciət edərək evinin qəsdən qonşusu Fariz Yunisov sifarişi ilə Anar Qasımovun yandırdığını deyib. Hər iki şəxsə ittiham verilib.