21 Yanvar 2015 14:28
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 20-də, saat 14 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Abşeron rayon sakini Alim Nəcəfovun idarə etdiyi “Daewoo” və Qobustan rayon sakini Şahdilək Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Şahdilək Məmmədovun 3 sərnişininə, habelə Alim Nəcəfova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: