7 Yanvar 15:18
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, mərhum general Fuaf Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

Müttəhim Fuad Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. O, ittihama münasibət bildirərkən, atasının təqsirsiz olduğunu deyib.

Hüquqi varis cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Hazırda həbsdə olan digər təqsirləndirilənlər də ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Prosesin sonunda məhkəmə araşdırmasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər