23 Yanvar 2015 11:50
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cibgirliklə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1966-cı il təvəllüdlü Elçin Novruzov həbs edilib. Ondan 0,383 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Elçin Novruzov yanvarın 21-də saat 13 radələrində, Naxçıvanski küçəsi 48-də yerləşən bazarda Bakı şəhər sakinləri - Gülbadam Sadıqovanın və Fəridə Günəşovanın mobil telefonlarını gizli yolla talayaraq vətəndaşlara qarşı oğurluq əməlləri törədib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər