Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Əsədullah Mirşekarpurun idarə etdiyi “Volvo” markalı yük maşınına kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində 1 ədəd plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,22 qram olan narkotik vasitə - metadon məhlulu aşkar edilib.
Naibə QURBANOVA