29 Yanvar 09:32
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı milyarder Ruben Vardanyanın apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barəsində cinayət işinin istintaqı davam edir.

Separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

R.Vardanyan barəsində həbs müddətinin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Ruben Vardanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəlib, qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışıb və öyən ilin sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.

Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər