26 Yanvar 2015 13:58
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Elşən İsmayılov 35-ci polis bölməsinə müraciət edərək 2014-cü il dekabr ayının 24-dən 2015-ci il yanvar ayının 16-dək olan müddətdə 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib 5 manatını almasını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər