27 Yanvar 2015 11:51
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda qadın soyğunçuluqla üzləşib.

Bu barədə Teleqraf.com-a Qusar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə təqsirli bilinən Urva kənd sakini Elik Ayvazov tutulub.

Elik Ayvazov yanvarın 24-də həmyerlisi Albina Qazımətovanın 83 manatını soyğunçuluq yolu ilə alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: