28 Yanvar 2015 10:16
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 28-də, gecə saat 02.00-da qeydə alınıb. Rayonun Şərq küçəsində kirayədə yaşayan 1975-ci il təvəllüdlü Taleh Rəhmanov özünü asaraq ölüb. Onun asılmış meyiti yaşadığı evin birinci mərtəbəsində aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər