Quba rayonunda silah-sursatın götürülməsi ilə bağlı xüsusi əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülər kənd sakini Bəxtiyar Şirinovun evinə baxış zamanı “TOZ-20” markalı ov tüfəngi, kustar üsulla hazırlanmış “TOZ-16” markalı ov tüfəngi, “Naqan” tipli tapança, 1 ədəd bıçaq və 1 xəncər aşkar edilərək götürülüb.
Oxşar əməliyyat Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sultannuxa kənd sakinləri Sərvan Daşdıyevədən və Şamil Məliklidən müvaqfiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.
Hacı Zeynalov