29 Yanvar 2015 15:09
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq cinayəti törədən həbs edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əhmədov tutulub. Ondan 1,775 qram tiryək götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ləman Şamxallıya, Hülya Əlizadəyə, Gülnarə Quliyevaya, Sitarə Əliyevaya, Vəsilə Lavkuyevaya, Jalə Mövlanovaya, Günay Mövsümavaya, Cavid Mahmudova, Vəfa Abdullayevaya, Abdulla Abdullayevə və Esmira Xəlilovaya məxsus pul, məişət əşyaları və sənədləri oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər