Bakının Sabunçu rayonunda iki il əvvəl baş verən cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayəti törədən Bakı şəhər sakini Cəfər Cəfərquliyev tutulub.
O, 2013-cü il dekabrın 14-də Vüqar Məmmədovun evindən 6 ədəd plastik pəncərə oğurlamaqda təqsirli bilinir. Onun başqa cinayətdə iştirak edib-etməməsi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov