“Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi üzrə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.
Qeyd edək ki, “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun barəsində cinayət işi başlanıb.
Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər - Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib.
Həmçinin onların əməllərindən zərər çəkənlərin sayı 117 nəfərdir. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.
İttihama görə, agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.
Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Demək olar zərər çəkmiş 117 nəfərin hamısı iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplanıb, izdiham yaradıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.