24 İyun 11:28
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Alimpaşa Məmmədov vəzifə səlahiyətlərindən sui-istifafə etməkdə, mənimsəmədə və rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eks icra başçısını cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Onun ümumilikdə bazar dəyəri 10 milyondan çox olan - “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzili (bazar dəyəri 676 min manat) üzərinə həbs qoyulub.

A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər