3 və 6 yaşlı uşağı hovuzda boğmağa çalışan şəxsin məhkəməsi başlayır.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
Texas ştatının polis idarəsi Fələstin əsilli 3 yaşlı uşağı hovuzda boğmağa cəhd edən Elizabet Volfun saxlanıldığı barədə məlumat yayıb. Polisin məlumatına görə, hadisə mayın 19-da baş verib. Fələstin əsilli ana ilə birgə 3 və 6 yaşlı uşaqları da binanın hovuzuna gedib. Təqsirləndirilən Elizabet Volf qadından haradan olduqlarını soruşduqdan sonra hovuza girib. Ailəyə qarşı irqçı sözlər deyən Volf daha sonra hovuzda üzən uşaqlara hücum edib. 6 yaşlı uşaq təqsirləndirilən Volfun əlindən çıxmağı bacarıb. Ancaq Volf 3 yaşlı uşağı hovuzda boğmağa başlayıb. Hadisə yerində olan başqa bir şəxs ana və uşağını xilas edib.
42 yaşlı Volf adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.