4 Fevral 2015 11:37
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun M.Nərimanov küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusla 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub. Günel Kərəmova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: