Rusiyada "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviçin casusluq işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə qapalı keçirilib.
Qerşkoviç Sovet İttifaqının (SSRİ) dağılmasından sonra Rusiyada casusluq ittihamı ilə həbs edilən ilk amerikalı jurnalistdir. O, Yekaterinburqa hesabat səfəri zamanı ABŞ kəşfiyyatı üçün məxfi məlumatlar toplamaqda ittiham edilir.
Rusiya Baş Prokurorluğu yaydığı bəyanatda bildirilir ki, Qerşkoviç Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi ilə Yekaterinburqdan təxminən 150 kilometr şimalda tank və digər hərbi texnika istehsal və təmir edən “Uralvaqonzavod”u haqqında “gizli məlumatlar toplamaqda” ittiham olunur.
Məhkəmə Qerşkoviçi təqsirli bilsə, onu 20 ilə qədər həbs gözləyir.