3 İyul 23:46
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa vətəndaşı Rusiyanın hərbi və hərbi-texniki fəaliyyəti ilə bağlı qanunsuz məlumat topladığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi açıqlama yayıb.

Açıqlamaya görə, Loran Vinatyenə qarşı cinayət işinin istintaqı davam edir:

"Loran Vinatyen bir neçə ildir ki, qanunvericiliklə müəyyən edilmiş xarici agentlərin reyestrinə daxil edilməsi üçün lazım olan sənədləri səlahiyyətli orqana təqdim etmək öhdəliyini yerinə yetirməyib. Müttəhim istintaqa ifadəsində Rusiyaya hərbi fəaliyyətlə bağlı məlumat toplamaq üçün gəldiyini etiraf edib".


Müəllif: Arzu

Oxşar xəbərlər