Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan sosial media fenomeni Dilan Polatın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamənin təfərrüatı məlum olub.
Prokurorluq təşkilatın liderləri olan cütlük üçün 40 ilə qədər həbs istəyib.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.