Gömrükçülər Estoniyadan qayıdan rus qadının üzərindən 1,3 milyon rubl dəyərində qızıl aşkarlayıblar.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, Estoniyadan qayıdarkən 52 yaşlı qadının üzərindən ümumi çəkisi 212 qram olan qızıl külçələr aşkar edilib. Onların dəyəri 1,3 milyon rubldan çox qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanıb. Qadını 5 ilə qədər həbs və bir milyon rubla qədər cərimə gözləyir.