Rusiyada Ukraynaya yardım etməkdə təqsirləndirilən qadına hökm oxunub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə qadını 12 il müddətinə azadlıqdan məhrum edib.
Kseniya Xavana Rusiyada Ukrayna naminə yaradılan xeyriyyə təşkilatına etdiyi 51 dollar (85 manat) ianəyə görə ivətənə xəyanətdə təqsirli bilinib.
Keçmiş balerina olan Xavana amerikalı ilə evləndikdən və Los-Ancelesə köçdükdən sonra ABŞ vətəndaşlığını alıb.