27 Avqust 00:12
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki məntəqəsinə “Molotov kokteyli” atmaqda təqsirli bilinən Aleksandra Karaseva barəsində məhkəmə hökm çıxarıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, onun barəsində Moskva Şəhər Məhkəməsi hökm qəbul edib.

Hökmə əsasən qadın 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qadın Rusiya Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (“Seçki hüquqlarının həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə”) ilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, Karaseva bir qrup şəxsin tərkibində seçki komissiyasının işinə müdaxilə edib. Xüsusilə, o, Varşavskaya küçəsində yerləşən seçki məntəqəsinə molotov kokteyli ilə hücum edib.


Müəllif: Arzu

Oxşar xəbərlər