Almaniyada küçədə gedən qadınları təhqir etməkdə ittiham olunan polisə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, hadisə 2 il öncə Relingen-Siersburq şəhərində qeydə alınıb. Belə ki, 52 yaşlı polis yolda gedən 4 qadına "sərxoş toyuq dəstəsi" deyib. Polis ifadəsi zamanı qadınları təhqir etmək istəmədiyini, onların diqqətini çəkmək üçün belə ifadə işlətdiyini deyib.
Məhkəmə 52 yaşlı polisi 4 qadını təhqir etməkdə təqsirli bilib. Hökmə əsasən, polisə xəbərdarlıq edilib. Belə bir hal təkrarlanarsa, min avro cərimələnəcəyi bildirilib.