Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan İlahə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İlahə Əhmədova 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs bir necə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl -zinyət əşyaları almaqla dələduzluq edib.
Lyibova Bokovva, Şahin Əliyev, Nailə Əliyeva, Svetlana Şamoylpva, Gülnara Atayeva, Həmzə Xəlilov, Sergey Uryipin, Klara Məmmədova, Marina Yakunkaya, Emiliya Abdullayeva, Hüseyn Əliyev, Aleksey Ryazanov, Gülxanım Aslanova, Tahir İsgəndərov zərərçəkmiş qismində tanınıb.
Ümumilikdə ziyan 400 min manata yaxındır.
İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.