Gəncə şəhərində insan alveri ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Turan Hüseynov həbs edilib.
Onun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacı Zeynalov