5 Mart 2015 22:56
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 5-də saat 17.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Həsənovun idarə etdiyi “OKA” markalı, 54 BJ 476 dövlət nömrə nişanlı minik avtomobili onun həmyerlisi Aydın Babayevin idarə etdiyi “Nissan Sunny” markalı, 90 MV 114 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin “OKA”-nın sürücüsü Samir Həsənov bədən xəsarəti ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: