Ağdaş rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb.
Kənd sakini Arif Əhmədov ov tüfəngindən ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib. Güllə yarası alan Arif Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov