11 Mart 2015 17:20
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbilərə qarşı quldurluq etməkdə təqsirli bilinən İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Koreya vətəndaşlarının Xəzər rayon Polis İdarəsinə etdikləri şikayət əsasında əməliyyata başlanıb. Məlum olub ki, əcnəbilərə qarşı quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir.

Dəstə üzvləri olan Təhməz Əliyev, onun yaxın qohumu Nihad Əliyev və İlqar Həsənov hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək şəhərə aparacaqlarını deyiblər. Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər. Dəstə üzvləri Buzovnada onlar bıçaq çəkiblər, 4 ədəd telefon və 1500 dollar aparıblar.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hğkm oxunub. Məhkəmənin hökmü ilə İlqar Həsənov 11 il, Təhməz Əliyev 10 il və Nihad Əliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər