13 Mart 2015 10:35
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda iki gün öncə anasını öldürən oğul həbs edilib.

Salyan Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Salyan şəhəri İ. Qurbanov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Hüseyn Həsənov anası, 1974-cü il təvəllüdlü Gülnarə Həsənovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Keçirilən əməliyyat zamanı Hüseyn Həsənov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: