17 Mart 2015 13:54
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Zülfiyyə Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zülfiyyə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər