Gədəbəy rayonunda yaşayış evinə basqın edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Gədəbəy Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən ötən il oktyabrın 23-də rayon sakini Vaqif Ələkbərovun evinə basqın edən şəxs müəyyən edilib. Vaqif Ələkbərovun evinə basqın edən həmyerlisi Rusət Məmmədov ona bıçaqla xəsarət yetirib, evdən 3200 manat və qızıl əşyalar oğurlayıb.
Rüsət Məmmədov həbs edilib.
Hacı Zeynalov