24 Mart 2015 21:40
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib. Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, ağır yol nəqliyyat hadisəsi martın 20-də baş verib. Cəlilabad rayon sakini Nizami Əliyevin meyiti yol kənarından tapılıb. Hadisə yerinə 8-ci polis bölməsinin əməkdaşları gəlib.

Araşdırmalar zamanı Nizami Əliyevin avtomobillə vurulması məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində yol qəzasının “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İlham Abbasov tərəfindən törədilməsi müəyyənləşib. O, həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər