25 Mart 2015 11:49
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsinin altında yığılmış məişət tulantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: