25 Mart 2015 14:23
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Məlumata görə, kəndin sakini Əkbər Qəmbərov “Mercedes Benz” markalı minik avtomobili idarə edərkən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Sürücü Əkbər Qəmbərov və onun həyat yoldaşı Rahilə Qəmbərova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: