28 Mart 2015 15:43
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda vətəndaşa məxsus yaşayış evində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konustruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər